Şriftin ölçüsü :

Saytın rəngi :

Ombudsman Qobustanda ictimai dinləmə keçirdi.

09 iyul 2016 | 16:00

Azərbaycan Respublikasının Prezidentinin 2011-ci il     27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icra vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı İnsan hüquqları üzrə müvəkkil (OMBUDSMAN) Elmira xanım Süleymanova rayonumuzda ictimai dinləmə keçirmişdir.
  Tədbiri Qobustan rayonu İcra Hakimiyyətinin başçısı Adil Məmmədov açaraq rayonda insan hüquq və azadlıqları ilə bağlı ümumi vəziyyət haqqında geniş məlumat vermişdir. O,qeyd etmişdir ki, Milli Fəaliyyət Proqramı insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədi ilə təsdiq edilmişdir. Qobustan rayonunda da Milli Fəaliyyət Proqramının icrası yüksək səviyyədə həyata keçirilir.
     Təkcə bu ilin altı ayında rayonumuzda beş mərkəzi İcra hakimiyyəti orqanının rəhbəri tərəfindən qəbul görüş, İcra hakimiyyəti başçısı tərəfindən isə yaşayış mövcud olan 29 yaşayış məntəqəsindən 24-də səyyar qəbul görüş keçirilmişdir.
     Rayonda faktiki olaraq 149 məcburi köçkün ailəsi məskunlaşıb ki, onlara rayonda xüsusi qayğı göstərilir, ildə iki dəfə pul formasında yardım, Novruz bayramı və digər byramlarda da natura formasında yardımlar olunur.
     Cəzaçəkmə müəssisələrində cəza çəkmiş şəxslərin normal həyata qayıtması, uyğunlaşması, təcrid olunmaması üçün 50 yerlik Sosial Adaptasiya Mərkəzinin tikintisi başa çatdırılmış, son tamamlama işləri aparılır. Sosial Adaptasiya Mərkəzi-penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslərin peşə hazırlığı və işlə, tibbi və sosial yardımla təmin edilməsi məqsədi daşıyır.
   Zəif hesab olunan qrupların içində o cümlədən uşaqlar  da var.1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Gənclər mərkəzində təntənəli şəkildə qeyd olunmuşdur. Uşaqlara, onların valideynlərinə, müəllimlərə 19 may 1998-ci il Uşaqların hüquqları haqqında qanun, AR Konstitusiyası və Ailə məcəlləsinin bir sıra müddəaları geniş izah olunmuşdur. Milli və ümumbəşəri dəyərlərə uyğun humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq kimi hüquqları, həmçinin cəmiyyətdə davranış qaydalarına əməl etmək, biliklərə yiyələnmək, öz xalqı və başqa xalqların ənənələrinə və mədəni sərvətlərinə hörmətlə yanaşmaq və başqa vəzifələr geniş izah olunmuşdur.
    02 iyun 2016-cı ildə Qobustan rayon İcra hakimiyyətinn Akt zalında Dövlət  Miqrasiya Xidmətinin əməkdaşları ilə birgə rayonun məktəb direktorları,inzibati ərazi nümayəndəlikləri ,bələdiyyə sədrləri üçün vətəndaşsızlıq vəziyyətində olan şəxslərin müəyyənləşdirilməsi və leqallaşdırılması,insan hüquq və azadlıqlarının genişləndirilməsi sahəsində maarifləndirici tədbir keçirilmişdir. 
    2016-ci il ərzində Qobustan RİH-nə cəmi 120 müraciət daxil olmuşdur. Bu müraciətlərdən 52-si dövlət orqanlarından və digər qurumlarından, 37-si AR Prezidentinin Administrsiyasından, 68-i bilavasitə vətəndaşlardan olmuşdur.
     Rayonda  hər il 3 dekabr əlillər günündə həyat şəraiti daha çətin olanlara maddi yardım edilir, 15 sentyabr bilik günü münasibətilə 18 yaşa qədər sağlamlıq imkanları məhdud bir qrup əlil uşağa maddi yardım göstərilmişdir. Mərkəz tərəfindən hər il istənilən vaxtda əlillərin arzusunu nəzərə alaraq onlar müxtəlif sanatoriya,istirahət yerlərinə göndərilirlər. Nabur kəndində yaşayan  Kərimovlar ailəsin üçün RİH başçısı tərəfindən daxili imkanlar hesabına muasir tipli evin tikilməsi barədə göstəriş vermişdir. Hazırda iki otaqlı yaşayış evinin tikintisi başa çatmaq üzrədir, xəstələrdən ikisi əlil arabası ilə təmin olunublar, hər bayramda onlara hər nov maddi yardım köməklik göstərilir.
   Rayonda Azərbaycan Respublikasının müdafiəsi zamanı əlil olan 45 nəfər prezident təqaüdü alır, 313 nəfər 18 yaşa qədər sağlamlıq imkanları məhdud əlil, 12 nəfər hərbi xidmət vəzifələrini yerinə yetirən zaman əlil, 5 nəfər Böyuk Vətən Müharibəsi əlili vardır.
    Rayonda 73 nəfər ahıl var ki, onlar daim diqqət və qayğı ilə əhatə olunur, hər növ məişət koməkliyi göstərilir.
    Aprel döyüşlərində şəhid olmuş Bədəlli kənd sakini Müstəcəbov Orxan Ələsgər oğlunun qəbrüstü abidəsi yekunlaşmaq üzrədir.Yekəxana kənd tam orta məktəbinə şəhidin adının verilməsi üçün tərəfimizdən Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmışdır.
    Rayon əhalisi 100 faiz elektrik enerjisi ilə 93 faiz təbii qazla təmin edilmişdir. Əhalinin 69 faizi rayon mərkəzinə gəlmək üçün asfalt yollardan istifadə edir. Son beş ildə 9 yaşayış məntəqəsi içməli su ilə təmin edilmiş,h azırda 8700 nəfərdən artıq əhalisi olan Qobustan şəhərində ümumi dəyəri 73 milyon dollar olan su və kanalizasiya layihəsi həyata keçirilməkdədir. Əhalinin sosial problemləri ardıcıl olaraq həyata keçirilir.
     Elmira xanım Suleymanova da ətraflı çıxış etmiş,qeyd edərək bildirmişdir ki, Milli Fəaliyyət Proqramının müzakirəsi ilə bağlı 60-a qədər rayonda görüşlər keçirilib. İnsan hüquqları heç vaxt ikinci plana keçməyib, keçə də bilməz.  
Ardıcıl olaraq Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini aratırmaq sahəsində milli fəaliyyət proqramının müddəalarının icrası üzrə, rayon prokurorluğunun müstəntiqi 2 dərəcəli hüquqşunas Səadət Rüstəmova, Qobustan Rayon Məhkəməsinin sədri Qalib Hacıyev, Qobustan rayonu Icra hakimiyyətinin Hüquq şöbəsinin məsləhətçisi İradə Məmmədova, Dovlət Kənd Təsərrüfatı müəssisəsinin rəhbəri Zümrüd  Şərifova, Ərəbşalbaş kəndi üzrə icra nümayəndəsi  Solmaz Mehralıyeva, Təhsil işçiləri azad həmkarlar komitəsinin sədri Ənvər Qayıbov, şair Babaxan Alxanlı və başqaları çıxış etdilər. Sonda Qobustan rayonu İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Elmira xanıma və iştirakçılara minnətdarlığını bildirdi, belə maarifləndirici tədbirlərin davamlı olmasını diqqətə çatdırdı.

Keçidlər