Şriftin ölçüsü :

Saytın rəngi :

Qəbələ şəhərində IV Beynəlxalq Mürəbbə Festivalı keçirildi.

27 avqust 2016 | 16:00

Avqustun 27-də Qəbələ şəhərində IV Beynəlxalq Mürəbbə Festivalı keçirildi. Qəbələ rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının köməkliyi ilə keçirilən beynəlxalq tədbirdə Türkiyə, İran, Qana, Gürcüstan, Rusiya, Şimali Kipr, Ukrayna, Özbəkistan, Çin şirniyyatçıları, eləcə də Azərbaycanın 30 şəhər və rayonunu təmsil edən mürəbbə ustaları öz məhsullarını nümayiş etdirdilər.
IV Beynəlxalq Mürəbbə Festivalında  Qobustan rayonu da iştirak edirdi. Festivalda iştirak edən nümayəndələrimiz iyirmi növ mürəbbə, müxtəlif əl işləri ( toxuma, tikmə və s.), xalçalar, un məmulatları ilə  iştirak etmişdir. Bütün bunlar festival iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.
Yarışlar bitdikdən sonra mürəbbələrin satışı üçün şərait yaradıldı və sərgi təşkil olundu.
Mürəbbə müsabiqəsində 3 nominasiya üzrə qaliblər elan olundu. Qobustan rayonu Gavalı mürəbbəsi ilə üçüncü yerə layiq görüldü, diplom və prizlə mükafatlandırıldı.

Keçidlər