Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustanda “Bilik Günü” yüksək sevinclə qeyd olundu

15 sentyabr 2016 | 16:00

15 sentyabr “ Bilik Günü “ rayonun bütün ümumtəhsil müəssisələrində xüsusi coşqu ilə qeyd olunmuşdur. Rayonun Yekəxana kənd tam orta məktəbində isə “ Bilik Günü “ xüsusilə yaddaqalan oldu. Belə ki, tədbir  aprel döyüşlərində şəhid olmuş Orxan Müstəcəbovun xatirəsinə həsr olunmuş memorialın önündə  keçirildi.Çıxış edənlər Milli Ordumuzun göstərdiyi qəhrəmanlıqlardan söhbət açdılar. Şagirdlər şəhidlərə, vətənə həsr olunmuş şeirlər söylədilər.
      Qobustan rayon Təhsil Şöbəsi nəzdində 18 tam orta, 9 ümumi orta və 3 ibtidai məktəb olmaqla 30 ümumtəhsil müəssisəsi fəaliyyət göstərir. Cənab Prezidentin diqqət və qayğısı nəticəsində son illərdə rayonda 14 yeni məktəb binası tikilmiş, 3 məktəb əsaslı təmir edilmiş, məktəblərin maddi- texniki bazası möhkəmləndirilmiş, ən müasir avadanlıq və texniki qurğularla təmin olunmuşdur. Yeni dərs ilinə hazırlıqla əlaqədar olaraq rayonun 6 məktəbində - şəhər 2 saylı, Ərəbşahverdi, Nabur, Bəklə, Sündü, Qurbançı məktəblərində cari təmir işləri aparılmış, məktəblər yeni dərs ilinə tam hazır vəziyyətə gətirilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin Qobustan təhsilinin inkişafına göstərdiyi qayğısı nəticəsində rayonun ümumtəhsil müəssisələırinin 57%-i yenidən tikilmiş ,əsaslı təmir olunmuş və maddi-texniki bazası lazımı səviyyədə möhkəmləndirilmişdir. Şagirdlərin ali və orta ixtisas müəssisələrinə qəbulu ötən dərs ilində daha yüksək olmuşdur. Belə ki, 105 nəfər respublikanın müxtəlif ali məktəblərinə, 34 nəfər orta ixtisas təhsil müəssisələrinə, 2 nəfər isə xüsusi təyinatılı təhsil müəssisələrinə qəbul olmuşdur. Ali məktəbə qəbul olan məzunlardan 3 nəfər 600 -dən, 16 nəfər isə 500-dən yüksək bal toplamışdır.
     Rayon icra hakimiyyəti təhsil şöbəsi ilə birgə yerlərdə təhlillər aparıb, ehtiyaclı ailələrdən olan şagirdləri müəyyənləşdirib və onları məktəbli forması ilə təmin edib. Tam və ümumi orta məktəblərdə birinci dərslər “Mənim vətənim, doğma yurdum” mövzusunda keçirildi.“Bilik günü” bir daha göstərdi ki, Qobustan  məktəbləri dövlət təhsil siyasətini daha müvəffəqiyyətlə həyata keçirilməsi əzmindədir

Keçidlər