Qobustanda ”Sağlam gələcək üçün zərərli vərdişlərə yox deyək” devizi altında mədəni kütləvi aksiya keçirildi.
Qobustan Rayon icra Hakimiyyəti və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə A.O.Çernyayevski adına 1 saylı tam orta məktəbində “Sağlam gələcək üçün zərərli vərdişlərə yox deyək” devzi altında mədəni kütləvi aksiya keçirilmişdir. Tədbiri giriş sözü ilə Qobustan rayon İcra hakimiyyətinin müavini Təranə Güləliyeva açaraq bildirdi ki, çağdaş dünyamızın ən ciddi problemlərindən biri də narkomaniya və QİÇS-dir. Bu günkü tədbirin əsas məqsədlərindən biri də buraya toplaşan gəncləri bəşəriyyət üçün faciəyə çevrilən narkomiyaya və zərərli vərdişlərə yox deməyə səsləməkdir. Xilas yolu hər kəsin sağlam həyat tərzində, sağlam əxlaqında, sağlam ruhundadır. Milyonlarla insan aramsız faciələrlə davam edən ölüm səfərinin yolçularına çevrilirlər. Nə olursa olsun yaxınlarınızın narkotikanın səfillərinə çevrilməsinə imkan verməyin. Gənclər və İdman Nazirliyinin əməkdaşı Fərid Qurbanzadə çıxış edərək bildirdi ki, Nazirliyin əlaqədar dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə hərtərəfli əməkdaşlığı beynəlxalq təşkilatlarla və respublikada fəaliyyət göstərən müxtəlif yönlü Gənclər təşkilatı ilə sıx əlaqələrin qurulması bu sahədə təbliğatın daha səmərəli və uğurla aparılmasına təkan verir.
Tədbir ssenari üzrə musiqi nömrələri ilə davam etdi. Tədbirin sonunda 1saylı tam orta məktəbin direktoru İmran Sabirov çıxış edərək bildirdi ki, dövlətimizin qüdrəti və gələcək rifahının təməli gəncliyin sağlamlığındadır. Belə bir tədbirin 1 saylı tam orta məktəbdə keçirilməsinə görə Qobustan rayon İcra hakimiyyətinə və Rayon Təhsil şöbəsinə , Rayon Gənclər və İdman idarəsinə öz minnətdarlığını bildirdi. Tədbir şagirdlərə zərərli vərdişlərlə bağlı narkomaniya və QİÇS-lə əlaqədar bukletlərin paylanması ilə başa çatdı.