Şriftin ölçüsü :

Saytın rəngi :

"Dini radikalizmlə mübarizə" mövzusunda dini maarifləndirici tədbir .

19 oktyabr 2016 | 16:00

Oktyabrın 19-da Qobustan rayonu Təklə kənd tam orta məktəbində  Qobustan Rayon İcra Hakimiyyəti və  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə "Dini radikalizmlə mübarizə" mövzusunda dini maarifləndirici tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Dövlət Təhlükəsizliyi Xidmətinin Şamaxı regional şöbəsinin əməkdaşı Ramil Zeynallı, Qobustan rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə qrupunun əməliyyat müvəkkili Zaur Tağıyev, Qobustan şəhər “Heydər” məscidi dini icmasının sədri Çingiz Babaşov, ağsaqqallar, müəllimlər və şagirdlər iştirak edib.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli mövzu ilə bağlı çıxış edərək dini radikalizmlə mübarizədə dini maarifləndirmənin əhəmiyyətini vurğulayıb.
Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov ölkəmizin tarixi dini ənənələri və bu ənənələrin qorunmasının vacibliyindən bəhs edib.
Daha sonra mövzu ətrafında Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə qrupunun əməliyyat müvəkkili Zaur Tağıyev və Qobustan şəhər “Heydər” məscidi dini icmasının sədri, eyni zamanda imamı Çingiz Babaşov çıxış edərək radikal dini cərəyanların yaranması, təbliğat metodları, habelə dinin ailə, cəmiyyət və adət-ənənə ilə əlaqələri haqqında geniş məlumat veriblər.
Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Keçidlər