Şriftin ölçüsü :

Saytın rəngi :

“Ailə dəyərləri və erkən nikahın fəsadları” mövzusunda maarifləndirici tədbir

15 may 2024 | 15:51

Qobustan rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 may Beynəlxalq Ailə Günü ilə əlaqədar “Ailə dəyərləri və erkən nikahın fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Qobustan RİHBA - nın əməkdaşları, tibb işçiləri, müəllimlər, valideynlər və məktəblilər iştirak ediblər.

Tədbirdə çıxış edənlər, ailə dəyərlərinin vacibliyi, erkən nikah və qohum nikahlarının fəsadları, narkomaniyaya qarşı mübarizə tədbirləri və ölkəmizdə bu istiqamətdə görülən işlər barədə məlumat veriblər. Həmçinin Azərbaycan Respublikasında qəbul olunmuş normativ-hüquqi aktların erkən nikah hallarının yaranmasına yol vermədiyi qeyd edilərək, müvafiq qanunvericilikdə nəzərdə tutulan cərimə və cəza tədbirləri haqqında ətraflı məlumat verilib.

Valideynlər mövzunun əhəmiyyətini vurğulayaraq, belə görüşlərin gənc nəslin maariflənməsi üçün vacibliyini qeyd ediblər.

Mövzu ilə bağlı video materiallar nümayiş olunub.

Keçidlər