Şriftin ölçüsü :

Saytın rəngi :

Ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlar mükafatlandırılıb

05 sentyabr 2022 | 18:04

Ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlar mükafatlandırılıb

       Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanmış gənclərlə rayon rəhbərliyinin görüşü olub.
Tədbirdə müəllim və valideynlər, ictimaiyyət nümayəndələri iştirak edib. Bildirilib ki, bu il ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 152 məzundan 104 nəfəri tələbə adını qazanıb.
Qəbul imtahanlarında Qobustan rayon Təklə kənd tam orta məktəbin məzunu Bayramova Bəsirə rayon üzrə ən yüksək nəticə - 634 bal toplayaraq Ali təhsil müəssisəsinə qəbul olub. Məzunlardan 4 nəfəri 600-dən,18 nəfəri isə 500 baldan yuxarı nəticə göstərib.
Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov ali məktəblərə daxil olan gəncləri tələbə adına layiq görülmələri münasibətilə təbrik edib, onlara vətənimizə, xalqımıza gərəkli mütəxəssis kimi yetişməyi arzulayıb, müəllimlərin və valideynlərin etimadını doğrultmağı, rayonun adını daim uca tutmağı tövsiyə edib.
Tədbirdə yüksək balla ali məktəbə daxil olan  şagirdlərin valideynləri çıxış edərək ölkəmizdə təhsilə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə, həmçinin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
     Tədbirdə qəbul imtahanlarında 500 və 600 baldan yuxarı nəticə göstərən tələbələrə fəxri fərman və hədiyyələr təqdim olunub.

Keçidlər