Aprelin 2-də Qobustan rayonu Yekəxana kənd tam orta məktəbində Qobustan Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dağlıq Şirvan regional bölməsinin birgə təşkilatçılığı ilə “Aprel döyüşləri və gənclərin vətənpərvərlik tərbiyəsi” mövzusunda tədbir keçirilib.
02 aprel 2026 | 12:08

Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin Başçısı Aparatının Ərazi - təşkilat məsələləri sektorunun müdiri Vətən Müharibəsi Qəhramanı Mirdamət Bağıyev, DQİDK-nin Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Nahid Babaşov, Qobustan Rayon İcra Hakimiyyətinin Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Amil Vəzirli, Qobustan rayonu Yekəxana kənd tam orta məktəbinin direktoru İlahə Yaqubova, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı Azərbaycan xalqının müasir tarixində xüsusi yer tutan, milli ruhumuzun dirçəlişinə güclü təsir göstərən Aprel döyüşlərindən və bu şanlı döyüşlərin gənclərin vətənpərvərlik tərbiyəsində oynadığı əhəmiyyətli roldan bəhs edilib. Tarixi hadisələrdən dərs çıxarmaq, gəncləri milli dəyərlərə sədaqət ruhunda böyütməyin cəmiyyətimizin gələcəyi üçün əsas vəzifələrdən biri olduğu qeyd edilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.