Şriftin ölçüsü :

Saytın rəngi :

Aprelin 8 - də Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov növbəti səyyar qəbulunu Qobustan şəhər sakinləri ilə keçirmişdir.

08 aprel 2026 | 14:18

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Qobustan rayonunun şəhər, qəsəbə və kəndlərində vətəndaşların səyyar qəbulu davam edir.
  Aprelin 8 - də Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov növbəti səyyar qəbulunu Qobustan şəhər sakinləri ilə keçirmişdir. Qəbul zamanı şəhər sakinlərinin şikayət və təklifləri dinlənilmiş, onları narahat edən məsələlərin bəziləri yerində öz həllini tapmışdır. Araşdırılması vacib olan məsələlər ilə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilmişdir.
  Şəhər sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
  Qeyd edək ki, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov tərəfindən digər kəndlərdə də əhali ilə görüşlər davam etdiriləcəkdir.

Keçidlər