“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 iyun 2019-cu il tarixli 759 nömrəli Fərmanının 8-ci bəndinin icrası ilə əlaqədar Qobustan Rayon İcra Hakimiyyəti və Qobustan Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə maarifləndirici görüş
“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 iyun 2019-cu il tarixli 759 nömrəli Fərmanının 8-ci (Yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri həmin ərazidə fəaliyyət göstərən fermerlərin subsidiya ilə bağlı müraciətlərinin “Subsidiya” informasiya sisteminə daxil edilməsində və maarifləndirmənin həyata keçirilməsində iştirak etsinlər) bəndinin icrası ilə əlaqədar Qobustan Rayon İcra Hakimiyyəti və Qobustan Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə maarifləndirici görüş keçirilmişdir.
Görüşdə çıxış edən Qobustan RİH başçısının birinci müavini Məharət Əkbərov İƏD üzrə nümayəndələrə fermerlərin subsidiya qaydaları barədə mütəmadi olaraq məlumatlandırılmasının,“Subsidiya” informasiya sistemində qeydiyyat və müraciət prosesində vətəndaşlara əməli dəstəyin göstərilməsinin, elektron xidmətlərdən istifadə bacarıqları zəif olan fermerlərə kömək edilməsinin, kəndlərdə bununla bağlı görüşlərin, maarifləndirici seminarların və izahlı söhbətlərin təşkilininn vacibliyini vurğuladı.
Qobustan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həsənağa Hüseynov tədbir iştirakçılarına EKTİS-də qeydiyyatdan keçmək qaydası, əkinlərin bəyan edilməsi, bəyan üçün lazım olan addımlar barədə ətraflı məlumat vermişdir.
Sonda fermerlərin subsidiya ilə bağlı müraciətlərinin “Subsidiya” informasiya sisteminə daxil edilməsi ilə bağlı maarifləndirici videoçarx nümayiş etdirildi.






