Azərbaycan multikulturalizminin banisi - Heydər Əliyev
Martın 14-də Qobustan rayon Ə. Nəbiyev adına Təklə Mirzəbaba kənd tam orta məktəbində Qobustan Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DİQDK) Şamaxı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan multikulturalizminin banisi - Heydər Əliyev” mövzusunda tədbir keçirilib.
Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və hümanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Nahid Babaşov, Təklə Mirzəbaba kənd İƏD üzrə nümayəndə Rasim Əkbərov, Təklə Mirzəbaba kənd tam orta məktəbin direoktoru Emin Seyidov, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı Respublikamızda, eləcədə rayonumuzda höküm sürən mltikultural mühütdən və bir çox dünya dövlətlərinin Azərbaycan multikulturalizmini örnək götürmələrindən ətraflı bəhs edilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.