Azərbaycan Respublikası Prezidentinin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında 4 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamının icrası ilə əlaqədar maarifləndirici tədbir keçirildi.
Dekabrın 23-də Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Korrupsiyaya yox deyək” adlı maarifləndirici tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Qobustan Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Aytən Əhmədova çıxış edərək ölkəmizdə idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın və hesabatlılığın artırılması, ictimai nəzarətin gücləndirilməsi və ictimai iştirakçılığın genişləndirilməsi sahəsində islahatların uğurla davam etdirildiyini, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində dövlət xidmətlərinin göstərilməsində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsinin, dövlət orqanlarının göstərdikləri xidmətlərin elektronlaşdırılmasının, vətəndaş cəmiyyəti institutlarının ictimai həyatda rolunun daha da gücləndirilməsinin vacibliyini qeyd edib.
Daha sonra çıxış edən Qobustan RİHBA-nın əməkdaşları Gülnar Mehdiyeva və Lalə Maxsudova çıxış edərək “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu və “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda göstərilən maddələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verdilər.
Tədbir diskussiya şəklində davam etdi.
Tədbirin sonunda mövzu ilə bağlı videoçarx izlənildi.






