Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Tolerantlıq Günü

16 noyabr 2022 | 17:56

16 noyabr 2022-ci il tarixində Qobustan rayon Xilmilli kənd "Molokan ruhani - xristian" İbadət Evində Qobustan Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş​ üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin birgə​ təşkilatçılığı ilə Beynəlxalq Tolerantlıq Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və hümanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Qobustan Rayon İcra Hakimiyyəti Başçısının Xilmilli İƏD üzrə nümayəndəsi A.Bayramov, DQİDK-nın Şamaxı bölgəsi üzrə​ şöbəsinin əməkdaşı Nahid Babaşov, Xilmilli kənd "Molokan ruhani - xristian" və rayonun İslam dini icmalarının üzvləri, həmçinin Xilmilli kənd ictimayətinin nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı Azərbaycanda uğurla həyata keçirilən multikulturalizm siyasətindən danışılıb və ölkəmizin müasir dünyada tolerantlıq məkanına çevrildiyi xüsusi vurğulanıb. Bildirilib ki, ölkəmizdə tolerantlıq dövlət siyasəti səviyyəsinə qaldırılıb və bu Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi və mütərəqqi siyasəti sayəsində bu gün Azərbaycanda dünyaya nümunə olan tolerant mühitin hökm sürməsi qeyd edilib. Çıxışlarda həmçinin Xilmilli kənd "Molokan ruhani - xristian" dini icmasının daim rayon rəhbərliyinin qayğısı ilə əhatə olunduğu vurğulanıb.

Keçidlər