Şriftin ölçüsü :

Saytın rəngi :

Cənnətdəki doğum günün mübarək! Bu gün İkinci Qarabağ müharibəsinin şəhidi Məmmədov Elxan Bədəl oğlunun doğum günüdür.

15 may 2022 | 13:00

44 günlük Vətən müharibəsində şəhid əsgər və zabitlərmiz adlarını ən yeni tarixə qızıl hərflərlə yazdılar. Bu gün Vətən torpaqları tam olsun deyə Şəhidlik adlı zirvəni bir göz qırpımında fəth edən igid oğullarımızdan biri Elxan Məmmədovun doğum günüdür!

Cənnətdəki doğum günün mübarək, nur üzlü Şəhidimiz!

Məmmədov Elxan Bədəl oğlu  15.05.1998-ci ildə Qobustan rayonu Cəyirli kəndində anadan olmuşdur.Orta təhsilini Cəyirli kənd tam orta məktəbində almışdır.
Elxan Məmmədov 2016-2018-ci illərdə Azərbaycan Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
    Azərbaycan Ordusunun əsgəri olan Elxan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elxan Məmmədov oktyabrın 11-də Füzuli döyüşləri zamanı ağır yaralanıb və 18 gün xəstəxanada müalicə aldığdan sonra oktyabrın 29-da şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elxan Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

    Ruhları qarşısında baş əyirik!

Keçidlər