Şriftin ölçüsü :

Saytın rəngi :

Cənnətdəki doğum günün mübarək şəhidim

17 oktyabr 2023 | 15:52

 Qobustan rayonunun Sədəfli kəndində Vətən müharibəsi qəhrəmanı şəhid Elyar Arif oğlu Vəliyevin xatirəsi ehtiramla yad olunub. Şəhidin uyuduğu kənd qəbiristanlığında məzarı yanında keçirilən anım mərasimində Qobustan rayon İcra hakimiyyətinin başçısı, Hüquq mühafizə orqanlarının rəhbərləri, rayon rəsmiləri, kənd sakinləri, şəhid ailələri, məktəblilər, şəhidin yaxınları iştirak ediblər.

Əvvəlcə şəhid Vətən müharibəsi qəhrəmanı şəhid Elyar Arif oğlu Vəliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhuna dualar oxunub. Çıxış edən Qobustan rayon İcra hakimiyyətinin başçısı 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən danışıb, Elyar və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını, erməni silahlı qüvvələrinin darmadağın edilərək torpaqlarımızın azad olunduğunu söyləyib.

  Vətən Müharibəsi Qəhrəmanı Elyar Vəliyev 1991-ci il oktyabrın 17-də Qobustan rayonunun Sədəfli kəndində anadan olub. Azərbaycan  Ordusunun   giziri olan  Elyar  Vəliyev 2020-ci il  sentyabrın 27-də  Azərbaycan Respublikasının Silahlı Qüvvələri  tərəfindən  Ermənistan işğalı altında  olan  ərazilərin azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Xocavənd və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə  iştirak edib. Elyar Vəliyev və 40 nəfərdən ibarət olan qrup oktyabrın 19-da Laçın dəhlizinə nəzarəti ələ almaq üçün ciddi önəmə və strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda döyüşlərə daxil olmuşdular. Döyüşlər əvvəlcə Qubadlı rayonu istiqamətində olan əlverişli mövqelər uğrunda aparılmışdır. Qeyri-bərabər şəraitdə olan döyüşlərdə Ermənistan tərəfindən  150-200 hərbi qulluqçusu döyüşmüşdür. 7 saatdan çox davam edən ağır döyüşlər nəticəsində Elyar Vəliyev qəhrəmancasına şəhid olmuşdur.   24.10.2020-ci ildə Vəliyev Elyar Arif oğlu Qobustan rayon Sədəfli kəndində dəfn olunmuşdur.
  Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən şəhid Elyar Vəliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.

Qobustan rayon İcra hakimiyyətinin başçısı Adil Məmmədov ziyarətdə iştirak edən şəhidin  valideyinləri  ilə söhbət etmiş, şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirmiş, Vətənimiz üçün gərəkli övlad böyütdükləri üçün onlara təşəkkür etmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Keçidlər