Şriftin ölçüsü :

Saytın rəngi :

Dekabrın 10-da Qobustan rayonu Xilmilli kənd tam orta məktəbində Qobustan Rayon İcra Hakimiyyəti , Qobustan Rayon Polis Şöbəsi  və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  Dağlıq Şirvan regional bölməsinin  birgə təşkilatçılığı ilə “Əxlaqi dəyərlərin gənclərin sağlam həyat tərzinə verdiyi töhfə ” mövzusunda tədbir keçirilib.

11 dekabr 2025 | 09:07

Tədbirdə Qobustan Rayon Polis Şöbəsinin Əməliyyat İşi üzrə Rəis müavini polis polkovnik leytenantı Emin Məmmədzadə, Qobustan RİH-nin əməkdaşı Amil Vəzirli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Nahid Babaşov, Qobustan Rayon İcra Hakimiyyəti başçısının Xilmilli kənd İƏD üzrə nümayəndəsi Adil Bayramov, Qobustan Rayon Polis Şöbəsinin əməkdaşı polis kapitanı Vüsal Məmmədov, eləcə də, polis əməkdaşları, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı müasir dövrdə qloballaşma, informasiya axınının sürətlənməsi və texnologiyaların inkişafının gənclərin həyat tərzinə həm müsbət, həm də mənfi təsir göstərməsindən bəhs edilib. Çıxışlarda həmçinin sağlam həyat tərzinin formalaşdırmasının təkcə tibbi və fiziki faktorlarla deyil, həm də mənəvi-əxlaqi dəyərlərlə sıx bağlı olmasından, cəmiyyətin davamlı inkişafı, sağlam nəsillərin yetişməsi üçün əxlaqi dəyərlər və sağlamlığın bir-birini tamamlanmasından bəhs edilib. 
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Keçidlər