Şriftin ölçüsü :

Saytın rəngi :

Dekabrın 8-də Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Qobustan Rayon Polis Şöbəsi və DŞRGİİ-nin Qobustan rayonu üzrə gənclər və idman sektorunun  iştirakı ilə “Gender əsaslı zorakılığa qarşı mübarizə” kampaniyası çərçivəsində maarifləndirici tədbir keçirilib.

08 dekabr 2025 | 15:17

Qeyd edək ki, bütün dünyada noyabr ayının  25-dən - 10 dekabr tarixinə qədər qadınlara qarşı zorakılıqla beynəlxalq mübarizə kompaniyası çərçivəsində tədbirlər həyata keçirilir.

    Kompaniyanın əsas məqsədi qadınlara qarşı törədilən zorakılığın insan hüquqlarının kobud pozulması kimi təbliği istiqamətində yerli, milli, regional və beynəlxalq səviyyədə maarifləndirmə işinin aparılmasıdır. Hər il kompaniya çərçivəsində müxtəlif formatda tədbirlər həyata keçirilir, dünya ictimaiyyətinə qadınlara və qızlara qarşı zorakılığın qarşısını almaq və aradan qaldırmaq çağırışı edilir.

    Dekabrın 8-də Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Qobustan Rayon Polis Şöbəsi və DŞRGİİ-nin Qobustan rayonu üzrə gənclər və idman sektorunun  iştirakı ilə “Gender əsaslı zorakılığa qarşı mübarizə” kampaniyası çərçivəsində maarifləndirici tədbir keçirilib.

    Tədbiri giriş sözü ilə açan Qobustan Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Aytən Əhmədova  çıxış edərək gender əsaslı zorakılığa qarşı mübarizə ilə bağlı tədbir iştirakçılarına məlumat verib. O qeyd edib ki,  qadınlar və qızlar gender zorakılığının qurbanına çevrilməklə ailənin bütövlüyünü, uşaqların psixoloji sağlamlığını və ümumilikdə cəmiyyətin inkişafını zədələyir. Zorakılıq qorxu yaradır, susqunluğa səbəb olur və bərabər imkanların qarşısını alır. Bu problemin qarşısını almaq üçün maarifləndirmə, qanunvericiliyin effektiv icrası, qurbanlara psixoloji və hüquqi dəstək və ən əsası isə cəmiyyətdə düşüncə tərzinin dəyişməsi vacibdir.

    Daha sonra Qobustan Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Lalə Maxsudova gender zorakılığı, onun yaranma səbəbləri, xoşagəlməz nəticələri və qarşısının alınması ilə bağlı görüləcək tədbirlər barədə tədbir iştirakçılarına  ətraflı məlumat verib.

    Qobustan Rayon Polis Şöbəsinin İTB-nin  sahə rəisi polis leytenantı Abdulxalıqov Əlibala çıxış edərək bildirib ki, gender bərabərliyi insan hüquqlarının ayrılmaz hissəsidir, hüquqi dövlət quruculuğunun əsas prinsiplərindən biridir.

    Tədbirin sonunda mövzu ilə bağlı videoçarx izlənilib.

Keçidlər