Şriftin ölçüsü :

Saytın rəngi :

Dini etiqad azadlığı haqqında Qanununa dəyişikliklərlə bağlı tədbir

07 iyun 2022 | 15:48

  07.06.2022 - ci il tarixdə Şamaxı şəhər “Cümə” məscidində Dini etiqad azadlığı haqqında Qanununa dəyişikliklərlə bağlı tədbir keçirilmişdir.

  Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Elnur Mehdiyev, Qobustan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov,Şamaxı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Rəşad Əliyev,Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı bölgəsi üzrə qazisi Mərəhmət Mustafayev,Qobustan və Şamaxı rayonlarının dini icma sədrləri və din xadimləri iştirak edirdilər.

  Tədbirdə iştirakçılara Dini etiqad azadlığı haqqında Qanununa dəyişikliklərlə bağlı ətraflı məlumat verilmişdir.Həmçinin hər iki rayonda dini durumla bağlı mövcud vəziyyət müzakirə edilmişdir.

  Tədbirin sonunda tədbir iştirakçılarının sualları cavablandırılmışdır.

Keçidlər