Şriftin ölçüsü :

Saytın rəngi :

“Dini radikalizmə qarşı konstitusional hüquqi mexanizmlər” mövzusunda maarifləndirici tədbir

10 sentyabr 2025 | 15:55

Qobustan rayonunun Cəyirli kəndində yerləşən “İmam Zaman” məscidində Qobustan Rayon İcra Hakimiyyəti  və  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  Dağlıq Şirvan regional bölməsinin  birgə təşkilatçılığı ilə “Dini radikalizmə qarşı konstitusional hüquqi mexanizmlər” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Qobustan RİH-nin əməkdaşı Amil Vəzirli, DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Nahid Babaşov,dini icma sədrləri, icma üzvləri və din xadimləri iştirak ediblər.
Çıxışlarda dini radikalizmlə mübarizənin vacibliyi qeyd olunub. Bu istiqamətdə dövlətin həyata keçirdiyi hüquqi və institusional tədbirlər, eyni zamanda dini maarifləndirmənin önəmi vurğulanıb. O da bildirilib ki, dinin sülh, mərhəmət və qarşılıqlı hörmət prinsipləri əsasında təbliğ olunması cəmiyyətdə dini dözümlülüyün və birgəyaşayışın möhkəmləndirilməsinə xidmət edir.

Keçidlər