Şriftin ölçüsü :

Saytın rəngi :

“Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi”

21 fevral 2023 | 16:00

21 fevral 2023-cü il tarixində Qobustan rayon Ə. İbrahimov adına  Nabur kənd tam orta məktəbində Qobustan Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş​ üzrə Dövlət Komitəsinin (DİQDK) Şamaxı bölgəsi üzrə şöbəsinin  birgə​ təşkilatçılığı ilə “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusunda tədbir keçirilib.

Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və hümanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə​ şöbəsinin məsləhətçisi Nahid Babaşov, Nabur İƏD üzrə nümayəndə Rahib İsayev, Nabur kənd tam orta məktəbin direktoru Zəfər Məmmədov, kənd ziyalıları, müəllimlər və yuxarı sinif şagirdləri iştirak edirdilər.

Çıxışlar zamanı Azərbaycanda dini sahəyə göstərilən diqqət və qayğıdan, dinin siyasiləşdirilməsinin törətdiyi fəsadlardan, ölkəmizdə hökm sürən sabitlikdən, inkişafdan və tolerant mühütdən danışılıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər