Şriftin ölçüsü :

Saytın rəngi :

“Dövlətçilik, milli birlik, həmrəyik, vətənpərvərlik” mövzusunda tədbir

19 oktyabr 2023 | 14:39

Oktyabrın 19-da Qobustan şəhər A.O.Çernyayevski adına 1 saylı tam orta məktəbində Qobustan Rayon İcra Hakimiyyətinin və  Dini Qurumlarla İş​ üzrə Dövlət Komitəsinin (DİQDK) Şamaxı bölgəsi üzrə şöbəsinin  birgə​ təşkilatçılığı ilə “Dövlətçilik, milli birlik, həmrəyik, vətənpərvərlik” mövzusunda tədbir keçirilib.

Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və hümanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə​ şöbəsinin əməkdaşı Nahid Babaşov, Qobustan şəhər A.O.Çernyayevski adına 1 saylı tam orta məktəbin direktoru İntiqam Mürsəlov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxışlar zamanı mövzunun aktuallığından bəhs olunub.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər