Şriftin ölçüsü :

Saytın rəngi :

"Ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələbləri, Yaşıllıqların mühafizəsi, Yaşıllıqların uçot- kadasdırının düzgün aparılması" mövzularında maarifləndirici tədbir

03 sentyabr 2026 | 17:22

  03 sentyabr 2026- ci il tarixində 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin təşəbbüsü, Qobustan RİH- nin təşkilatçılığı ilə Qobustan RİH də "Ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələbləri, Yaşıllıqların mühafizəsi, Yaşıllıqların uçot- kadasdırının düzgün aparılması" mövzularında maarifləndirici tədbir keçirilmişdir.Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məharət Əkbərov, RİH-nin əməkdaşları , Kommunal Müəssisələr Kombinatı, Qobustan RİH-nin 1 saylı Yaşıllaşdırma İdarəsi ,İƏD üzrə nümayəndəliklər və bələdiyyələr iştirak etmişdirlər. İştirakçılara ətraf mühitin mühafizəsi sahəsində qüvvədə olan qanunvericiliyin əsas müddəaları, yaşıllıqların uçot vərəqələrinin doldurulması qaydaları barədə ətraflı məlumatlar verilmişdir . Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır .

Keçidlər