“Gənclər arasında ailə dəyərlərinin təbliği” mövzusunda maarifləndirici tədbir
15 oktyabr 2026-cı il tarixində Qobustan Rayon İcra Hakimiyyəti və Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi Qobustan rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Qobustan şəhəri Elyar Vəliyev adına 2 nömrəli texniki və humanitar fənlər təmayüllü liseydə “Gənclər arasında ailə dəyərlərinin təbliği” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Qobustan RİH yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Gülnar Mehdiyeva bildirdi ki, gənc nəslə, ailəyə bağlılıq, qarşılıqlı anlayış, sədaqət, məsuliyyət və böyüklərə hörmət kimi keyfiyyətlərin aşılanması sağlam ailə münasibətlərinin qurulmasına və cəmiyyətin mənəvi inkişafına mühüm töhfə verir. Müasir dövrdə milli-mənəvi dəyərlərimizin qorunması, ailə ənənələrinin yaşadılması və bu dəyərlərin gənc nəslə ötürülməsi hər birimizin qarşısında duran mühüm vəzifələrdəndir. Ailəyə hörmət, valideyn məsuliyyəti, qarşılıqlı dəstək və anlayış prinsipləri gənclərin dünyagörüşünün formalaşmasında xüsusi əhəmiyyət daşıyır.
Daha sonra Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi Qobustan rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Nəzrin Cəfərova da mövzu haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi.
Tədbirin sonunda mövzuya aid videoçarx izlənildi.






