Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər Fondunun “Səyyar Gənclər Xidməti” layihəsinin növbəti dayanacağı Qobustan rayonu olub. 

03 avqust 2026 | 11:49
Gənclər Fondunun “Səyyar Gənclər Xidməti” layihəsinin növbəti dayanacağı Qobustan rayonu olub. 
Səyyar Gənclər Xidməti 3-7 avqust tarixlərində Qobustan gəncləri üçün xidmət göstərəcək.
“Gənclərlə, gənclər üçün” şüarı altında keçirilən layihənin Qobustandakı açılış mərasimi Dövlət Himninin səsləndirilməsi və ölkəmizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Açılış mərasimində Qobustan Rayon İcra Hakimiyyətinin başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Təranə Güləliyeva, Azərbaycan Respublikasının Gənclər Fondunun İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərvanə Cəlallı Əkbərli və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi Qobustan Korpusunun rəhbəri Elvin Balakişiyev iştirak ediblər. Rəsmi çıxışlar zamanı gənclərin şəxsi inkişafına, onların fəallığının artırılmasına və regionlarda gənclər üçün yaradılan imkanların əhəmiyyətinə toxunulub.
Tədbirin rəsmi hissəsindən sonra qonaqlar və iştirakçılar xidmətin fəaliyyət sahəsi ilə tanış olublar.
Keçidlər