Gənclərin vətənpərvərlik və milli – mənəvi dəyərlər ruhunda tərbiyəsi
27 dekabr 2023 | 09:44
Dekabrın 27-də Qobustan rayon Təklə kənd tam orta məktəbində Qobustan Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DİQDK) Şamaxı bölgəsi üzrə şöbəsinin və Təklə kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə “Gənclərin vətənpərvərlik və milli – mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və hümanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Nahid Babaşov, müəllimlər və şagirdləri iştirak ediblər.