Şriftin ölçüsü :

Saytın rəngi :

“Gender əsaslı zorakılıqla mübarizə”

08 dekabr 2023 | 16:29

Dekabrın 8-də Qobustan şəhər A.Qayıblı adına 3 saylı tam orta məktəbində Qobustan Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş​ üzrə Dövlət Komitəsinin (DİQDK) Şamaxı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və hümanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə​ şöbəsinin əməkdaşı Nahid Babaşov, Qobustan Rayon Prokurorluğunun əməkdaşı Tural Xəlilli, Qobutsan RPŞ-nın  əməkdaşı  Şahmar Rüstəmzadə, məktəbin müəllim və  şagirdləri iştirak ediblər.

Çıxışlar zamanı  ölkədə qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi vurğulanıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər