Şriftin ölçüsü :

Saytın rəngi :

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101 illik yubileyi ilə əlaqədar Qobustan Gənclər Evində tədbir keçirilib. 

26 aprel 2024 | 14:20

Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26.04.2024-cü il tarixdə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101 illik yubileyi ilə əlaqədar Qobustan Gənclər Evində tədbir keçirilib. 

Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Qobustan Rayon İcra Hakimiyyətinin əməkdaşları, Hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun səhiyyə, təhsil, mədəniyyət müəssisələrinin rəhbərləri, YAP Qobustan rayon təşkilatının fəalları və rayon ictimaiyyətinin digər nümayəndələri  iştirak ediblər.

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov tədbiri giriş sözü ilə açaraq akademik Zərifə xanım Əliyevanın alim kimi qazandığı böyük uğurların Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil etdiyini, onun keçdiyi şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu qeyd edib.

Çıxış edən Qobustan RMX PHŞ-nin direktoru Günay Muradova görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məğrur Azərbaycan qadınına məxsus mətanət və mübarizlik, zəriflik və nəciblik, gözəllik və mərhəmətlilik, humanistlik və vətənpərvərlik rəmzi olaraq müasir dövr sivilizasiyasının mürəkkəb və keçilməz sədlərini məharətlə adladığını, onun ciddi tələblərinə mətinliklə cavab verərək elm və təfəkkürün, həkimlik və pedaqoqluğun, rəhmdillik və təvazökarlığın, alicənablıq və insansevərliyin ən uca zirvəsinə yüksəldiyini vurğulayıb.

Qobustan Rayon Mərkəzi Xəstəxanasının oftalmoloqu-Nurlana Quliyeva akademik Zərifə xanım Əliyevanın Azərbaycan oftalmologiya elmini dünya təbabətində beynəlxalq oftalmologiya elmi mühiti səviyyəsinə qaldırması, elmi-pedaqoji fəaliyyəti, çoxşaxəli elmi-tədqiqat işləri, yüksək ixtisaslı gənc alim kadrları yetişdirməsi, xalqının tərəqqisi və maariflənməsinə əvəzsiz töhfələr verməsi və zəngin mənəviyyata sahib olmasından söz açıblar.

 

Keçidlər