Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev İli” çərçivəsində Qobustanda ağacəkmə aksiyası keçirilib

10 mart 2023 | 15:00

Qobustan rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan ağacəkmə aksiyası keçirilib.

Aksiya zamanı Qobustan şəhəri (Bakə-Şamaxı yolunun 93-cü km-də yolun sağ tərəfi) ərazisində 120 ədəd sarağan və 230 ədəd sərv ağacları əkilib. Aksiyada yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib və suvarılıb.

Ağacəkmə aksiyasının keçirilməsinin məqsədi Azərbaycanda ətraf mühitin və meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlayan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, onun yaşıllaşdırma ənənələrini, irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdir. Dahi rəhbər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət hazırda onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Qeyd edək ki, aksiyada rayon rəhbərliyi, Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının partiya fəalları, hüquq-mühafizə orqanları, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları iştirak ediblər.

Keçidlər