Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”

26 aprel 2023 | 14:17

26 aprel 2023-cü il tarixində Qobustan rayonu Gənclər evində Qobustan Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda konfrans keçirildi.

Əvvəlcə Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi ziyarət olunmuş, önünə tər güllər düzülmüşdür.

Konfransda Qobustan Rayon İcra Hakimiyyəti başçısı, RİHB aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatlarının rəhbərləri, rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərləri, gənc müəllimlər və YAP fəalları iştirak etdilər.

Konfransda Dövlət Himninin səslənməsindən sonra Ulu Öndərə həsr olunmuş film nümayiş etdirilmişdir.

Konfrans Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və dövlət müstəqilliyimiz, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan olundu.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının sədri Qasım Qasımov qeyd etdi ki, Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycanı qoruyub yaşatmaq hər bir ölkə vətəndaşının borcudur. Müstəqil və azad xalq kimi yaşamağımız isə ən böyük qürurverici amildir. Heydər Əliyevin dövlətçilik ideyaları, yolu xalqımızı yeni-yeni uğurlara, zəfərlərə aparır. Bu isə bir daha təsdiqləyir ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir. Bu gün çox sevindirici haldır ki, Ümummilli Liderimizin ideyaları yaşayır, onun siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müstəqil Azərbaycan günbəgün tərəqqi edir, dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilir. Müstəqillik, həqiqətən də, xalqımızın böyük tarixi nailiyyətidir.

Sonda çıxış edən Qobustan Rayon İcra Hakimiyyəti başçısı Adil Məmmədov qeyd etdi ki, Azərbaycanın müstəqil ölkə kimi mövcudluğu, dövlətçiliyin qorunub saxlanılması, möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev dövlət müstəqilliyinin ən gərgin və mürəkkəb illərində baş verə biləcək təhlükələrin genişlənməsinə imkan vermədi, möhkəm iradəsi və qəti qərarları ilə Azərbaycan xalqını bəlalardan, dövlətimizi parçalanmaq, müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdi. Azərbaycan dövləti ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Dahi şəxsiyyət, ümummili liderimiz Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən siyasətçi kimi dəfələrlə söylədiyi “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” kəlamı dünyanın müxtəlif guşələrində yaşayan hər bir azərbaycanlının böyük iftixar və vüqarla səsləndirdiyi şüardır.

     Öz tarixinin qızıl əsrini keçmişdə axtarmağa adət etmiş bir çox xalqlardan fərqli olaraq, Azərbaycanın həqiqi intibahının müasirləri olduğumuz dövrə təsadüf etdiyi ictimai düşüncənin birmənalı qəbul etdiyi həqiqətlərdəndir. Azərbaycan Respublikası adını daşıyan müstəqil dövlətin yaranmasından tutmuş, onun indiki heyrətamiz inkişaf dinamikasına qədər özündə milli dirçəlişi əks etdirən unikal tarixi sosial-iqtisadi və milli-mənəvi hadisələr məhz yaşadığımız zamanda cərəyan etməkdədir. Heç şübhəsiz, bütün bunların üzərinə vurulmuş müasirlik möhürü Heydər Əliyevin adı və titanik fəaliyyəti ilə bilavasitə əlaqədardır.

Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan dövləti indi güclü Azərbaycan dövləti kimi tanıtma nişanına sahib ola bilmişdir. Vaxtilə hər birimizin qürur mənbəyi olan müstəqil Azərbaycan indi bütün azərbaycanlıların iftixarına çevrilmiş güclü Azərbaycandır.

Qırx il bundan əvvəl başlayan yol davam edir. Azərbaycan bu yolla irəliləyərək yüksəlir. İnkişafın surəti ilə dünyanı heyrətə salır. Belə imkişaf tempi Azərbaycana yad deyil.

Hazırda ümummili liderin ideyaları əsasında dahi rəhbərin varisi İlham Əliyevin rəhbərliyi altında hamımız bu yolla gedirik. Bu yolda işıq var, həqiqət var, inkişaf var.

 

 

Keçidlər