Şriftin ölçüsü :

Saytın rəngi :

“İnsan Hüquqları Aylığı”

14 iyun 2024 | 18:26

18 may-18 iyun “İnsan Hüquqları Aylığı”çərçivəsində Qobustan rayonunda Qobustan Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsi və Qobustan Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Qobustan şəhər A.Qayıblı adına 3 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirilib. Tədbirdə məktəbin yuxarı sinif şagirdləri, rayonun fəal gəncləri, müəllimlər və rayonun idarə və müəssisələrinin əməkdaşları iştirak edib. Maarifləndirici tədbirdə “İnsan Hüquqları Aylığı”nın keçirilməsinin məqsədi və əhəmiyyəti barədə məlumat verilib. Əhali arasında hüquq mədəniyyətinin inkişaf etdirilməsinin, hər kəsin öz hüquq və vəzifələri barədə məlumatlı olmasının vacibliyi vurğulanıb. Tədbirdə insan hüquqları ilə bağlı sosial videoçarx nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

#İnsanHüquqlarıAylığı #HumanRightsMonth

Keçidlər