Şriftin ölçüsü :

Saytın rəngi :

“İnsan hüquqları prinsiplərinin dini dəyərlərlə uyğunluğu” mövzusunda  tədbir

09 aprel 2025 | 09:45

08.04.2025 – ci il tarixdə Qobustan rayonu Cəyirli kənd məscidində Qobustan Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsinin birgə təşkilatçılığı ilə “İnsan hüquqları prinsiplərinin dini dəyərlərlə uyğunluğu” mövzusunda  tədbir keçirilib.

Tədbirdə Qobustan RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Amil Vəzirli, DQİDK-nin Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Nahid Babaşov, rayonun din xadimləri və dini icma sədrləri iştirak edib.

Çıxışlar zamanı İnsan hüquq və azadlıqlarından insan hüquqlarının qorunması və başa düşülməsindən əsasən milli səviyyədəki inkişaf və mexanizmlərdən bəhs edilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər