Şriftin ölçüsü :

Saytın rəngi :

“İnsan hüquqları və uşaq hüquqları” ilə bağlı tədbir

25 noyabr 2024 | 17:19

Qobustan Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Qobustan Rayon Gənclər Evində “İnsan hüquqları və uşaq hüquqları” ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini- Təranə Güləliyeva çıxış edərək  şagirdlərə  uşaq hüquqları və əsas azadlıqları, uşaq hüquqları sahəsində milli və beynəlxalq qanunvericilik barədə məlumat vermişdir. Qobustan Rayon Polis Yetkinlik Yaşına Çatmayanlarla  profilaktiki işin təşkili qrupunun baş inspektoru  Zöhrab Hüseynov çıxış edərək şagirdlərə zərərli vərdişlər və onların insan orqanizmi üçün mənfi təsirləri barədə  məlumat vermişdir. Tədbirin sonunda şagirdlərlə zərərli vərdişlər,asudə vaxtın səmərəli keçirilməsi, uşaqların hüquqları və vəzifələri barədə diskussiya aparılmış ,şagirdlərin sualları cavablandırılmışdır.

Keçidlər