Şriftin ölçüsü :

Saytın rəngi :

“İnsanların inanc azadlığına hörmət hüquqi və mənəvi borcumuzdur” mövzusunda tədbir

13 iyun 2023 | 11:58

İyunun 13-də Qobustan şəhər A. Qayıblı adına 3 saylı tam orta məktəbində Qobustan Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş​ üzrə Dövlət Komitəsinin (DİQDK) Şamaxı bölgəsi üzrə şöbəsinin və Qobustan rayon Gənclər və İdman İdarəsinin birgə​ təşkilatçılığı ilə “İnsanların inanc azadlığına hörmət hüquqi və mənəvi borcumuzdur” mövzusunda tədbir keçirilib.

Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və hümanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Qobustan rayon Gənclər və İdman İdarəsinin rəisi Qadir Əkbərov, DQİDK-nın Şamaxı bölgəsi üzrə​ şöbəsinin əməkdaşı Nahid Babaşov, Qobustan şəhər A. Qayıblı adına 3 saylı tam orta məktəbin direktoru Aynurə Gülməmmədova və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxışlar zamanı ölkəmizdə  Möhtərəm Prezidentimizin qayğısı nəticəsində ölkəmizdə hökm sürən tolerant, mültikultural mühitdən, sabitlikdən, inkişafdan və ölkə vətəndaşlarının inanc azadlığına hörmətdən bəhs edilib. 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər