Şriftin ölçüsü :

Saytın rəngi :

“İqlim dəyişikliyinin uşaqların sağlamlığına təsirləri” mövzusunda  tədbir

17 dekabr 2024 | 16:02

 Dekabrın 17-də Qobustan rayonu Yekəxana kənd tam orta məktəbində Qobustan Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş​ üzrə Dövlət Komitəsi (DİQDK) Dağlıq Şirvan regional bölməsinin birgə təşkilatçılığı ilə “İqlim dəyişikliyinin uşaqların sağlamlığına təsirləri” mövzusunda  tədbir keçirilib.

 Tədbirdə Qobustan RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Həsən Əhmədli, DQİDK-nin Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Nahid Babaşov, Yekəxana kənd tam orta məktəbinin direktoru İlahə Yaqubova, müəllimlər və şagirdlər iştirak ediblər.

 Çıxışlar zamanı İqlim dəyişikliyinin mənəvi sağlamlığı və rifahı təsirləndirməsindən bəhs edilib. Bu bioloji dəyişikliklərin gələcək nəsillərin diqqət toplama qabiliyyətinə, zehni fəaliyyətinə və ümumi sağlamlıq vəziyyətinə mənfi təsir göstərməsindən danışılıb. Xüsusilə uşaqlar və gənclərin bu proseslərə daha həssas olacağı vurğulanıb.

 Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər