Şriftin ölçüsü :

Saytın rəngi :

İyulun 1-də Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov növbəti səyyar qəbulunu Qobustan şəhər sakinləri ilə keçirmişdir.

01 iyul 2026 | 19:07

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Qobustan rayonunun şəhər, qəsəbə və kəndlərində vətəndaşların səyyar qəbulu davam edir.
   İyulun 1-də Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov növbəti səyyar qəbulunu Qobustan şəhər sakinləri ilə keçirmişdir. Keçirilən qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq həlli üçün müvafiq tapşırıqlar verilib.
   Şəhər sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident  xanım Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
    Qeyd edək ki, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov tərəfindən digər kəndlərdə də əhali ilə görüşlər davam etdiriləcəkdir.

Keçidlər