Şriftin ölçüsü :

Saytın rəngi :

İyunun 20 - də Qobustan Rayon Gənclər Evində "Konstitusiya və Suverenlik ili" çərçivəsində "Aprel döyüşləri şəhidlərinin qəhrəmanlığının tərənnümü" adlı tədbir keçirilmişdir.

20 iyun 2025 | 11:58

  İyunun 20-də Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və "Şəhid Analarına Dəstək" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qobustan Rayon Gənclər Evində "Konstitusiya və Suverenlik ili"nə həsr olunmuş "Aprel döyüşləri şəhidlərinin qəhrəmanlığının tərənnümü" adlı tədbir keçirilmişdir.
  Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə açıq elan edilmişdir. Torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
  Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Tədbir zamanı aprel döyüşləri şəhidlərinin əziz xatirəsinə həsr olunmuş "Zəfər yolu" adlı videoçarx nümayiş olunmuşdur.  Tədbirdə «Şəhid Analarına Dəstək» İctimai Birliyinin sədri şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova, Qobustan Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və Şəhid ailələrilə işin təşkili şöbəsinin müdiri Rövşən Dəmirov, şəhid Malik Səlimlinin qardaşı Mirəli Səlimli və aprel döyüşlərinin şəhidi Müşfiq Orucovun anası Aygün Məmmədli çıxış edərək Azərbaycan Ordusunun hərb tarixinin şanlı səhifəsi olan Aprel zəfərinin 44 günlük Vətən müharibəsindəki parlaq qələbənin, torpaqlarımızın azad olunmasının və böyük qayıdış salnaməsinin başlanğıcı olduğunu bildirmişlər. Bu gün şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürur yerimiz, fəxrimizdir. Gənc nəslə qürur yerimiz olan şəhidlərimizi tanıtmaq, onları vətənpərvərlik ruhunda böyütmək, torpağına bağlı, xalqına hörmət hissi ilə tərbiyə etmək isə hər bir ölkə vətəndaşının ən ümdə vəzifəsidir. Bu gün hər birimiz iftixar və qürur hissi ilə deyə bilirik: Qarabağ Azərbaycandır! «Şəhid Analarına Dəstək» İctimai Birliyinin sədri Ceyran Həsənova layihənin icrasına maddi dəstək olan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, tədbirin keçirilməsində yaxından köməklik göstərən Qobustan Rayon İcra Hakimiyyətinə və Qobustan Rayon Gənclər Evinə təşəkkürünü bildirmişdir.

Keçidlər