Şriftin ölçüsü :

Saytın rəngi :

Mayılov Murad Gülümxan oğlunun Anım Günü

18 noyabr 2022 | 16:20

Vətən Müharibəsində Qobustan Rayon Şəhidi Mayılov Murad Gülümxan oğlunun Anım Günü.

Mayılov Murad Gülümxan  oğlunun döyüş yolu.


Mayılov Murad Gülümxan oğlu  1998-cı il mayın -28-də  Qobustan rayonunun Nabur kəndində anadan olub.
Azərbaycan Respublikasının Ordusunun əsgəri  olan Mayılov Murad  2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin , Xocavəndin və Şuşa  şəhərinin  azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 9 Noyabr 2020-ci ildə Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhid olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Mayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  25.12.2020-ci il tarixli  sərəncamı ilə şəhid Murad Mayılov “Füzulinin azad olunmasına görə” 25.12.2020-ci il tarixli sərəncamı ilə   “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Mayılov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Keçidlər