Şriftin ölçüsü :

Saytın rəngi :

Mayın 02-də Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov növbəti səyyar qəbulunu Çuxanlı kənd sakinləri ilə keçirib.

02 may 2025 | 14:02

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Qobustan rayonunun şəhər, qəsəbə və kəndlərində vətəndaşların səyyar qəbulu davam edir.

   Mayın 02-də Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov növbəti səyyar qəbulunu Çuxanlı kənd sakinləri ilə keçirib. Qəbul zamanı Çuxanlı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib, onları narahat edən məsələlərin bəziləri yerində öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər ilə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilib.

   Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

   Qeyd edək ki, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov tərəfindən digər kəndlərdə də əhali ilə görüşlər davam etdiriləcəkdir.

Keçidlər