Məişət zorakılığının yayılma səviyyəsi və onu törədən səbəblər barəsində dəyirmi masa
03.04.2025 - ci il tarixdə Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qobustan rayon İcra hakimiyyətinin binasında "Məişət zorakılığının yayılma səviyyəsi və onu törədən səbəblər" mövzusunda dəyirmi masa keçirildi.
Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Güləliyeva Təranə, Qobustan Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, Polis kapitanı Rəşad Məmmədov və Qobustan şəhər 3 saylı tam orta məktəbi direktorunun təlim - tərbiyə işləri üzrə müavini Sədaqət Məhərrəmova çıxış etdilər.
Tədbirdə Məişət zorakılığının yayılma səviyyəsi və onu törədən səbəblər barədə videoçarx nümayiş etdirildi. Tədbir diskussiya şəklində davam etdi. Sonda məktəbliləri maraqlandıran suallar cavablandırıldı.