Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı münasibəti ilə ümumrayon tədbiri keçirildi.

18 mart 2024 | 14:46

Xalqımızın ən qədim və əziz bayramlarından biri olan Novruz yurdumuza qədəm qoyur. Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Xalqımızın yüksək zövqü və bədii təfəkkürü bu xalq bayramının el şənliklərində və rəngarəng əyləncələrində özünü aşkarlayır, onun mənəvi dünyasının təzahürünə, aynasına çevrilir. Azərbaycan xalqının mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir.
Bu gün Novruz bayramı münasibəti ilə Qobustan Rayon Gənclər Evi - nin qarşısında təntənəli  bayram tədbiri keçirildi. Əvvəlcə rayon İcra hakimiyyətinin başçısı cənab Adil Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri,  ağsaqqalları və ictimaiyyət nümayəndələri ilə birlikdə  milli  adət ənənələrimizi əks etdirən əl işlərindən ibarət nümunələrə, uşaqların ifasında Novruz bayramına həsr olunmuş ədəbi-bədii kompazisiyalara tamaşa etdilər.
Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Adil Məmmədov  çıxış edərək Azərbaycan xalqının min illər boyu qəlbində yaşatdığı ən əziz günlərdən biri  Novruz bayramı münasibətilə qobustanlıları  təbrik etdi, hər bir ailəyə sevinc, firavan günlər, əmin-amanlıq, Bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı. Ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, ölkə rəhbərliyinin Qobustana və qobustanlılara göstərdiyi yüksək diqqət və qayğıdan geniş bəhs etdi.

Keçidlər