Şriftin ölçüsü :

Saytın rəngi :

Noyabrın 19-da Qobustan rayonu Molokan-ruhani xristian” dini icmasına məxsus ibadət evində Qobustan Rayon İcra Hakimiyyətinin (RİH) və  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsinin birgə təşkilatçılığı ilə “Həmrəyliyin möhkəmlənməsində dini tolerantlığın əhəmiyyəti” mövzusunda tədbir keçirilib.

19 noyabr 2025 | 11:22

Tədbirdə Qobustan RİH-nin əməkdaşı Amil Vəzirli, DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Nahid Babaşov,  Qobustan rayonu Xilmilli kənd İƏD-nin nümayəndəsi Adil Bayramov, Qobustan rayonu Xilmilli kəndi “Molokan-ruhani xristian” dini icmasının sədri Yekaterina Tsapleva, rayonun aktiv dini icmaların sədrləri, din xadimləri və “Molokan-ruhani xristian” dini icmasının üzvləri iştirak ediblər.

Çıxışlar zamanı tolerantlıq anlayışından fərqli dinlərin birgə mövcudluğundan dini inancına görə hər bir şəxsin hüquqlarına hörmət edilməsindən bəhs edilib. Çıxışlarda həmçinin dinlərarası dialoqun təşviqini və cəmiyyətdə münaqişəsiz birgə yaşayış mühitinin formalaşmasından danışılıb. Daha sonra dini tolerantlıq həm sosial sabitliyin, həm də milli həmrəyliyin mühüm dayağı olduğu qeyd edilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb

Keçidlər