Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkə ərazisində qanunsuz miqrantların leqallaşdırılması istiqamətində qarşılıqlı işin təşkili”

29 avqust 2022 | 15:17

Ağsu regional miqrasiya idarəsi tərəfindən xidməti əraziyə daxil olan Qobustan rayon İcra Hakimiyyətinin akt zalında Ağsu regional miqrasiya idarəsi tərəfindən Regional miqrasiya idarələrinin fəaliyyət istiqamətlərinə uyğun olaraq “Ölkə ərazisində qanunsuz miqrantların leqallaşdırılması istiqamətində qarşılıqlı işin təşkili” mövzusunda  növbəti hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.

Tədbirdə Qobustan rayon icra hakimiyyəti başçısının müavini, Qobustan rayon icra hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanları, rayonun kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə üzvləri və ictimaiyyət nümayəndələri, işəgötürənlər, sahibkarlar, turizm sektorunun nümayəndələri,həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslər iştirak etmişdir.

Tədbir zamanı regional miqrasiya idarələrinin fəaliyyət istiqamətləri və ölkə ərazisində qanunsuz yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin yaşamalarının leqallaşdırması (qanuniləşdirməsi) ilə bağlı müraciət haqqında ətraflı məlumatlar verilmiş, həmçinin miqrasiya sahəsində qanunvericiliyə edilmiş əlavələrlə bağlı fikir mübadiləsi aparılmışdır. Bununla yanaşı xidməti ərazidə qeydiyyatsız və sənədsiz yaşayan şəxslər aşkar edilərək, barələrində qanunvericiliyə uyğun olaraq tədbirlərin görülməsi məqsədilə Ağsu regional miqrasiya idarəsinə müraciət edilməsi qaydaları geniş izah edilmişdir.

Keçidlər