Şriftin ölçüsü :

Saytın rəngi :

Qızların təhsildən yayınma hallarının aradan qaldırılması

26 aprel 2022 | 18:02

Erkən nikah qızları təhsildən yayındırır, psixologiyasına mənfi təsir göstərir.

Qobustanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyevanın iştirakı ilə “Erkən nikah və qızların təhsildən yayınma hallarının aradan qaldırılması" mövzusunda tədbir keçirilib. Gənclər evinin akt zalında təşkil olunan tədbirdə ziyalılar, gənclər, yeniyetmələr, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri açan Qobustan rayon İcra hakimiyyəti başçısı aparatının İctimai siyasi və humanitar məsələlər üzrə müavini Təranə Güləliyeva cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsinin, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsinin, gənclərin ailə həyatına hazırlığının, sağlam həyat tərzinin prioritet məsələlər olduğunu söyləyib.
Aynur Sofiyeva erkən nikahın fəsadlarından bəhs edərək söyləyib ki, erkən nikahlar əsasən valideynlərin təsiri ilə baş verir. Yetkinlik yaşına çatmayan qızların təfəkkürü kifayət qədər formalaşmadığından onlar düzgün seçim barədə qərar verə bilmirlər. Erkən nikahın əslində böyük məsuliyyətsizlik olduğunu diqqətə çatdıran natiq vurğulayıb ki, bu hal qızları təhsildən yayındırır, psixologiyasına mənfi təsir göstərir. Bu cür qızların ağır ailə məsuliyyətini, ağır ailə yükünü öz zərif çiyinlərində daşımağa gücləri çatmır.
Tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb.

Keçidlər