Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan Rayon Ağsaqqallar Şurasının hesabat iclası keçirilib – İdarə Heyətinin tərkibi yenidən seçilib

12 oktyabr 2026 | 15:00

   Oktyabrın 12-də Qobustan Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib. Tədbirin gündəliyində Şuranın ötən dövr ərzindəki fəaliyyətinin yekunlarına dair hesabatın dinlənilməsi və İdarə Heyətinin tərkibinin yenidən seçilməsi məsələləri yer alıb.

  Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Təranə Güləliyeva,  Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini – millət vəkili, professor Eldar İbrahimov, YAP Qobustan tayon təşkilatının sədri Qasım Qasımov  və başqaları iştirak ediblər.

  İclası giriş nitqi ilə açan Qobustan Rayon Ağsaqqallar Şurasının sədri Şıxbala Bayramov tədbir iştirakçılarını salamlayaraq, rəhbərlik etdiyi qurumun ötən dövrdəki fəaliyyəti barədə geniş hesabat məruzəsi ilə çıxış edib.

  Tədbirdə iştirak edən  Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili Eldar İbrahimov və başqaları çıxış edərək Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildiyini vurğulayıblar. Natiqlər ölkədə həyata keçirilən uğurlu daxili və xarici siyasətin, həmçinin dinamik inkişaf prosesinin əhəmiyyətindən bəhs ediblər.

  Qeyd olunub ki, Azərbaycan Ağsaqqallar Şurasının 35 mindən çox üzvü, o cümlədən Qobustan rayon ağsaqqalları hər zaman dövlət başçısının ətrafında sıx birləşiblər, ağsaqqallar ölkənin ictimai-siyasi və sosial-mədəni proseslərində hər zaman fəal iştirak edirlər.

  Konfransda həmçinin gələcəkdə həyata keçiriləcək tədbirlər və planlar haqqında danışılıb, səmərəli təkliflər irəli sürülüb. Çıxış edənlər vurğulayıblar ki, şuranın əsas məqsədlərindən biri xalqımızın milli-mənəvi dəyərlərini və tarixi ənənələrini qorumaqla ölkənin inkişafına töhfə verməkdir.

  Xüsusilə gənclər arasında mövcud olan sosial problemlərə -əsrimizin bəlası olan narkomaniyaya, boşanmaların sayının artmasına və digər mənfi hallara qarşı aktiv mübarizə aparmağın vacibliyi də diqqətə çatdırılıb. Bildirilib ki, ağsaqqallar gənclərin maarifləndirilməsi, onların vətənpərvərlik ruhunda və milli dəyərlərə hörmət ruhunda yetişdirilməsi istiqamətində fəaliyyətlərini daha da gücləndirəcəklər.

  İclasın sonunda gündəlikdə duran məsələlər səsə qoyulub və İdarə Heyətinin tərkibi yenidən formalaşdırılıb.

Keçidlər