Qobustan rayon Ərəbşalbaş kəndində Şəhid Zəlimxan Cavadovun xatirəsinin əbədiləşdirilməsi üçün tikilən bulağın açılışı.
Qobustan rayon Ərəbşalbaş kəndində Şəhid Zəlimxan Cavadovun xatirəsinin əbədiləşdirilməsi üçün tikilən bulağın açılışı olub. Tədbirdə Qobustan rayon İcra hakimiyyətinin başçısı Adil Məmmədov, aparat işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid valideynləri, qazilər, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına savaşaraq şəhid olan vətən oğullarının xatirəsi anıldıqdan sonra söz tədbir iştirakçılarına verilib. Natiq Şəhid Zəlimxan Cavadov haqqında qısa məlumat verdi - 12 may 1996-cı ildə Qobustan rayon Ərəbşalbaş kəndində anadan olmuş və 2014-cü ilin iyul ayında həqiqi hərbi xidmətə yollanmış əsgər Cavadov Zəlimxan Eybalı oğlu 2015-ci il fevralın 21-nə keçən gecə ermənilərin silahlı qüvvələrimizin bölmələrinin mövqeylərinə basqını zamanı şəhid olub. Şəhid Zəlimxan Cavadov 3 aprel 2015-ci ildə ölümündən sonra "HƏRBİ XİDMƏTDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ" 3-cü dərəcəli medalla təltif olunub. Sonra Şəhid atası Eybalı Cavadov, kənd ağsaqqalı Ağaveyis Saatov və Qobustan rayon İcra hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək bildirdilər ki, həm birinci Qarabağ müharibəsi, həm də Vətənə Müharibəsində qəhrəmancasına savaşan yurdun qorxmaz oğullarının böyük bir uğura imza atdığını qeyd etdi. Şəhidlərimiz şəhadətə ucalmaqla əbədi ölməzlik qazanıblar. Hörmətli Prezidentimiz cənab İlham Əliyevin müasir və müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişaf etdirilməsi sahəsində apardığı ardıcıl və məqsədyönlü siyasəti ölkəmizin və xalqımızın bütün maneələrdən uğurla keçməsini təmin etmiş, böyük inkişafa nail olmağa tam şərait yaratmışdır. Bütün bunlar Prezidentimizin düşünülmüş siyasətinin və vaxtında atdığı addımların real nəticəsidir ki, biz qalib ölkəyik.
Prezidentimiz cənab İlham Əliyev bütün dünyaya sübut etdi ki, dahi siyasətçi, müdrik dövlət xadimi ulu öndər Heydər Əliyevin layiqli varisi kimi onun arzuladığı Qarabağı azad etdi və vəsiyyətini həyata keçirdi. O həm də sübut etdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Ölkəmizin ərazi bütövlüyünü bərpa edən qalib dövlət Rəhbərimiz Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yazdı. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan, 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində parlaq qələbə çalaraq tarixi zəfərə imza atdı. ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN.