Qobustan Rayon İcra Hakimiyyəti və DŞRTİ - nin Qobustan Rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə Konstitutsiya və Suverenlik ili çərçivəsində Ümummilli Lider Heydər Əliyev və Azərbaycan təhsili mövzusunda konfrans keçirilmişdir.
Qobustan Rayon İcra Hakimiyyəti və DŞRTİ - nin Qobustan Rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə Qobustan Rayon Gənclər Evi binasının akt zalında Konstitutsiya və Suverenlik ili çərçivəsində Ümummilli Lider Heydər Əliyev və Azərbaycan təhsili mövzusunda konfrans keçirilmişdir.
Konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Konfransda Qobusan rayon təhsil sektorunun müdiri Tahir Səbzaliyev məruzə ilə çıxış etmişdir.
Sonra tədbirdə Qobustan Şəhər 3 saylı tam orta məktəbin müəllimi Sədaqət müəllim və Cəyirli kənd ümumi orta məktəbin direktoru Azadə Buğday çıxış etmişdirlər.
Daha sonra YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov və Qobustan Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Məmmədov çıxış etmiş və konfrans iştirakçılarını maraqlandıran suallara cavab vermişlər.
Qobustan Şəhər E.Vəliyev adına 2 saylı tam orta məktəbin şagirdi Səfərli Ələddin və Cəyirli kənd R.Hüseynov adına ümumi orta məktəbin şagirdi Arzu Ağayeva təhsildə qazandıqları nailiyyətlərə görə Qobustan Rayon İcra hakimiyyətinin başçısı cənab Adil Məmmədov tərəfindən fəxri fərmanla mükafatlandırılmışlar.






