Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan Rayon İcra Hakimiyyətində “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.

20 yanvar 2023 | 11:23

Qobustan rayon İcra hakimiyyətinin başçısı Adil Məmmədov, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, şəhid ailələri və əlilləri, rayon ağsaqqalları və gəncləri şəhidlərin abidəsi önünə qərənfil dəstələri qoydular.

Sonra Dəyirmi masada Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov iştirak ediblər.

İlk öncə ulu öndər Heydər Əliyevin, 20 Yanvar faciəsi qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dəyirmi masada giriş sözü ilə çıxış edən Adil Məmmədov 1990-cı ilin 20 yanvar hadisələrinin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd edib. Bu qanlı cinayətə ilk rəsmi etirazını bildirən ümummilli lider Heydər Əliyevin olduğunu, onun Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid etdiyini, hərbi təcavüz və cinayət olduğunu bildirdiyini diqqətə çatdırıb. 20 Yanvar hadisələrinin əsl həqiqətlərinin 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dünya ictimaiyyətinə çatdırıldığını və faciəyə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildiyini bildirib. 

Dəyirmi masada bu il 20 Yanvar hadisələrinin 33-cü ildönümünün qeyd edildiyi, igid övladların fədakarlığının xatırlandığı, onların əziz xatirəsinin böyük ehtiramla yad edildiyi, Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanının xalqımız üçün müqəddəs bir and yeri olduğu diqqətə çatdırılıb və milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillər üçün də bir qürur mənbəyi olacağı vurğulanıb.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi.

 Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir.

Keçidlər