Qobustan Rayon İcra Hakimiyyətində 26 iyun – “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” münasibətilə tədbir keçirilib.
29 iyun 2026 | 17:11
29 iyun 2026-cı il tarixində Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 iyun – “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” münasibətilə maarifləndirici tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev, Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Təranə Güləliyeva, Qobustan Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun rəhbəri, polis kapitanı Vüsal Məmmədov, eləcə də rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun nümayəndəsi Vasif Quliyev Azərbaycan Respublikasında narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində həyata keçirilən dövlət siyasəti barədə ətraflı məlumat verib. Bildirib ki, ölkəmiz bu sahədə qəbul olunmuş beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir.
Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini, Rayon Komissiyasının sədri Təranə Güləliyeva çıxışında narkomanlığın müasir dövrün ən ciddi sosial problemlərindən biri olduğunu vurğulayıb. O bildirib ki, narkomaniya insanların sağlamlığına, ailə institutuna, ictimai təhlükəsizliyə və cəmiyyətin inkişafına ciddi mənfi təsir göstərir. Xüsusilə gənclərin narkotik vasitələrin zərərli təsirlərindən qorunmasının dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğu diqqətə çatdırılıb.
Qeyd edilib ki, rayonda narkomanlığa qarşı mübarizə istiqamətində dövlət proqramları və təsdiq edilmiş tədbirlər planına uyğun olaraq sistemli işlər həyata keçirilir. Aidiyyəti dövlət qurumlarının birgə əməkdaşlığı ilə ümumtəhsil məktəblərində, peşə və digər təhsil müəssisələrində maarifləndirici görüşlər, seminarlar və dəyirmi masalar təşkil edilir, gənclər arasında sağlam həyat tərzi geniş təbliğ olunur. Bu tədbirlər zamanı narkotik vasitələrin insan sağlamlığına, psixoloji vəziyyətinə, ailə münasibətlərinə və cəmiyyətə vurduğu ağır fəsadlar barədə ətraflı məlumat verilir.
Daha sonra Qobustan Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun rəhbəri, polis kapitanı Vüsal Məmmədov rayonda narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən tədbirlər barədə məruzə ilə çıxış edib.
Tədbirin sonunda iştirakçılar narkomanlığa qarşı mübarizənin cəmiyyətin hər bir üzvünün məsuliyyəti olduğunu vurğulayaraq, bu istiqamətdə maarifləndirmə işlərinin davam etdirilməsinin və dövlət qurumları ilə ictimaiyyətin birgə fəaliyyətinin əhəmiyyətini qeyd ediblər.