Qobustan Rayon İcra Hakimiyyətində ali məktəblərə yüksək balla qəbul olmuş məzunlarla görüş keçirilmişdir.
10 sentyabr 2026 | 15:04
Qobustan Rayon İcra Hakimiyyətində ali məktəblərə yüksək balla qəbul olmuş məzunlarla, Respublika Fənn Olimpiadasının, eləcə də Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri ilə görüş keçirilib.
Tədbirdə iştirak edən Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov və Milli Məclisin deputatı Şahin Seyidzadə tələbə adını qazanan gəncləri təbrik edərək, uğurlar diləyiblər. Görüşdə vurğulanıb ki, gənclərin əldə etdikləri yüksək nəticələr Qobustan rayonunda təhsilin inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin və müəllim, valideyn əməyinin mühüm göstəricisidir. Hər bir yüksək nəticə göstərən məzun bütövlükdə rayon üçün böyük qürur mənbəyidir.
Məzunlar qazandıqları uğurlardan, qarşıya qoyduqları məqsədlərdən və gələcək planlarından söz açaraq onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Qobustan rayonu üzrə 128-dən çox məzun tələbə adını qazanaraq respublikanın müxtəlif ali təhsil müəssisələrinə qəbul olunub. Onlardan 6 nəfəri 600-dən, 14 nəfəri isə 500-dən yuxarı bal toplayıb. Bu nəticələr rayon məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, istedadlı və bacarıqlı şagirdlərin dəstəklənməsi istiqamətində görülən işlərin mühüm göstəricisidir.
Sonda yüksək nəticə göstərən məzunlara və müsabiqə qaliblərinə Fəxri Fərman və hədiyyələr təqdim olunub, onların uğurları bir daha təqdir edilib.
Qobustan Rayon İcra Hakimiyyəti olaraq bütün məzunlarımızı bu əlamətdar nailiyyət münasibətilə təbrik edir, onların qarşıdakı təhsil və həyat yollarında yeni uğurlar, böyük nailiyyətlər arzulayırıq. İnanırıq ki, bu gənclər gələcəkdə qazandıqları bilik və bacarıqları ilə ölkəmizin inkişafına öz dəyərli töhfələrini verəcəklər.