Qobustan Rayon İcra Hakimiyyətində dövlət qulluğu sahəsində beynəlxalq təcrübə mübadiləsinə dair tədbir keçirilib
Qobustan Rayon İcra Hakimiyyətində dövlət qulluğu sahəsində beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Tədbir Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2022-ci il tarixli 3696 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019–2025-ci illər üçün Strategiya”nın 2023–2025-ci illər üzrə icrasına dair Fəaliyyət Planının 3.3-cü bəndinə uyğun olaraq keçirilib.
Tədbirdə çıxış edən Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini Məhərət Əkbərov dövlət qulluğu sahəsində beynəlxalq təcrübələr, mövcud yeniliklər və qabaqcıl ölkələrin tətbiq etdiyi idarəetmə modelləri barədə ətraflı məlumat verib. O qeyd edib ki, müasir dövrdə dövlət qulluğunda beynəlxalq təcrübəyə əsaslanan innovativ yanaşmaların tətbiqi mühüm əhəmiyyət daşıyır.
Vurğulanıb ki, qlobal inkişaf meyilləri yeni idarəetmə metod və mexanizmlərinin formalaşdırılmasını zəruri edir və bu da cəmiyyətin artan tələblərinə uyğun çevik dövlət idarəçiliyinin qurulmasına şərait yaradır. Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair Strategiyanın qəbulu dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına və institusional islahatların genişləndirilməsinə xidmət edir.
Tədbir qarşılıqlı müzakirə şəraitində keçib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






